Bu gün:

Üsyançı Cozef Konyaya qarşı müharibə cinayətləri işi


Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Uqaandanın Üsyançı Ordusu (LRA) lideri qaçqın Cozef Konya qarşı müharibə cinayətləri işini açıb. Bu, məhkəmədə ilk dəfədir ki, təqsirləndirilən şəxs olmadan iclas keçirilir.

Kony bibliyadakı On Əmrə əsaslanan bir hökumət qurmaq istədiyini və şimal Uqaandakı Açoli xalqının hüquqları uğrunda mübarizə apardığını iddia edir.

Ona qarşı 39 maddə üzrə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər irəli sürülüb. Bunlara qətl, cinsi əsarət, girov götürmə, minlərlə uşağın zorla LRA üçün döyüşçü kimi cəlb edilməsi, zorla evləndirmə və təcavüz daxil olmaqla ağır cinayətlər daxildir.

LRA qrupu qurbanlarının əlləri və ya üz hissələrini kəsmək kimi vəhşilikləri ilə məşhurdur. 2012-ci ildə sosial media kampaniyaları vasitəsilə qrupun törətdiyi vəhşiliklər dünyaya çatdırılıb, lakin Kony hələ də ələ keçməyib.

Mənbə: BBC News

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et