Bu gün:

Litva sərhəddə əlavə qüvvələr yerləşdirir


Sentyabrın 12-16-da Belarusda keçirilən “Zapad 2025” Rusiya–Belarus strateji təlimləri fonunda Litva sərhəd təhlükəsizliyini gücləndirir.Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Mühafizə Xidməti Rusiya və Belarusla sərhəddə patrul xidmətinə əlavə qüvvələr cəlb edir. 

Qurum milli və beynəlxalq səviyyədə məlumat mübadiləsi və fəaliyyətlərin əlaqələndirilməsi üzrə tədbirləri artırır.

Xatırladaq ki, “Zapad” adlanan strateji təlimlər Rusiya və Belarus tərəfindən hər dörd ildən bir keçirilir, regionda hərbi balans və sabitlik kontekstində mühüm siyasi əhəmiyyət daşıyır.


Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et