Bu gün:

İsrail texnologiya startaplarının yarısı xaricdə qeydiyyatdan keçir


İsrail Texnologiya Sənayesi Assosiasiyasının (IATI) yeni araşdırmasına görə, ölkədə yaradılan texnologiya startaplarının təxminən yarısı ABŞ-da qeydiyyatdan keçməyi üstün tutur.

Məlumata əsasən, bunun başlıca səbəbi ABŞ-da daha əlverişli və sadələşdirilmiş tənzimləmə rejiminin mövcudluğudur. Assosiasiya bildirib ki, startapların xaricdə fəaliyyətə başlaması İsrailin texnologiya sektorunda potensial risklər yarada bilər.

Qeyd edək ki, İsrail uzun illərdir yüksək texnologiya sahəsində beynəlxalq miqyasda önəmli mövqeyə malikdir və ölkə iqtisadiyyatının əsas dayaqlarından biri kimi çıxış edir.


Mənbə: reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova



Paylaş
Şərh əlavə et