Taylandın ali məhkəməsi sabiq Baş nazir Taksin Şinavatranın bir il həbsdə qalmasına qərar verib. Bu, siyasi sülalə üçün yeni zərbə olub.

Qərar əvvəlki korrupsiya işi ilə bağlıdır. Taksin əvvəl cəmi bir gün həbsxanada qalıb və xəstəxanaya köçürülüb. Ali Məhkəmə bu köçürülməni qanunsuz hesab edib və Taksinin cəzasını həbsxanada çəkməli olduğunu bildirib.
Taksin və ailəsi 2001-ci ildən bəri Tayland siyasətində aparıcı rol oynayır. Qızı Paytonqtarn Baş nazir olmuş, lakin ötən ay vəzifəsindən uzaqlaşdırılıb.
Xatırladaq ki, Taksin 2006-cı ildə hakimiyyətdən uzaqlaşdırılmış, illərlə Dubayda mühacirətdə yaşamışdı. 2023-cü ildə ölkəyə qayıtdıqdan sonra məhkum edilmiş, kral tərəfindən cəzası 1 ilə endirilib.
Bu gün Taksin məhkəməyə qızı ilə birlikdə qatılıb və qərar elan olunub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
