Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, NATO-ya qoşulduqdan sonra Finlandiya “müdafiə” adı altında Rusiyaya qarşı müharibəyə hazırlaşır və hücum üçün planlaşdırma yaradır.
Onun sözlərinə görə, Alyans Finlandiyanın bütün əməliyyat mühitlərində – quru, dəniz, hava, kosmos və kiberməkanda mövcudluğunu gücləndirib.
Medvedev əlavə edib ki, Rusiya sərhədinə yaxın Laplandiyada NATO-nun qabaqcıl quru qüvvələrinin qərargah strukturu formalaşdırılır və bu qüvvələrin sayının briqada səviyyəsinə – 5 min hərbçiyə qədər artırılması nəzərdə tutulur.
O həmçinin Mikkeli şəhərində NATO-nun Şimal Quru Komponenti Qərargahının yerləşdirildiyini, İvalo icmasında isə yeni qarnizonların yaradıldığını vurğulayıb.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
