Bu gün:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki hücumdan danışıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə polis idarəsinə hücum edən şəxsin araşdırıldığını bildirib.

24media.az baku.tv'ə istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan ölkədə 2025-2026-cı tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bu səhər İzmirdən hamımızı dərindən sarsıdan faciəli xəbər aldıq. Balçovada Salih İşgören Polis Mərkəzinə silahlı hücum nəticəsində iki polisimiz şəhid olub, iki təhlükəsizlik əməkdaşımız da yaralanıb”, – deyə o qeyd edib.

Türkiyə Prezidenti hücum zamanı şəhid olan polis baş müfəttişi Muhsin Aydemir və polis məmuru Hasan Akına Allahdan rəhmət diləyib, yaralanan polis məmurları Ömer Amila və Murat Dağlıya da tezliklə sağalmalarını arzulayıb.

Rəcəb Tayyib Ərdoğan həmçinin İzmirdə silahlı hücumu həyata keçirən 16 yaşlı şəxsin əlaqələrinin də araşdırıldığını qeyd edib.

Hazırladı: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et