Elm dünyası Mars haqqında əvvəllər qəbul edilmiş fikirləri alt-üst edəcək yeni kəşflə doludur. Çin və ABŞ-dan olan tədqiqatçılar Marsın tamamilə maye nüvəyə malik olması ilə bağlı uzun müddətdir mövcud olan fikirləri təkzib edən dəlillər aşkar ediblər.
Çin Elm və Texnologiya Universiteti və ABŞ-nin Texas Universitetinin tədqiqatçıları NASA-nın “InSight” missiyası çərçivəsində əldə edilən seysmik məlumatları təhlil edib və artıq missiyasını başa vurublar.
Tədqiqatçılar Marsın radiusu 600 kilometr dərinlikdə olan möhkəm daxili nüvəyə malik olduğunu aşkar ediblər. Marsın radiusunun təxminən yüzdə 18-nə uyğun gələn bu bərk kütlənin Yerin daxili nüvəsinə bənzədiyinə diqqət çəkən tədqiqatçılar, araşdırma çərçivəsində əldə edilən tapıntıların planetin istilik və kimyəvi vəziyyətini anlamaq üçün istinad rolunu oynadığını ifadə ediblər.
Tədqiqatçılar daxili nüvənin karbon, oksigen və hidrogen kimi yüngül elementlərin kondensasiyası nəticəsində əmələ gəldiyini və bu elementlərin kristallaşma yolu ilə xarici nüvədən ayrıldığını açıqlayıblar. Marsın qabığının keçmişdə güclü maqnitləşməyə məruz qalmasına baxmayaraq, qlobal maqnit sahəsinin olmamasının planetin dinamo fəaliyyətinin sona çatdığını göstərdiyini qeyd edən tədqiqatçılar nüvənin kristallaşmasının və daxili nüvənin mövcudluğunun bu prosesin anlaşılmasında həlledici rol oynaya biləcəyinə diqqət çəkiblər. Tədqiqatçılar Marsın əvvəlki fikirlərin əksinə olaraq tamamilə maye nüvəyə malik olmadığını ortaya çıxaran bu araşdırmanın planetin formalaşması və təkamülü ilə bağlı uzun müddətdir davam edən mübahisələrə işıq tutduğunu vurğulayıblar. Araşdırma "Nature" jurnalında dərc olunub.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
