Bu gün:

Kubokda 3 komandaya cəza


Ziraat Türkiyə Kubokunda 3 kluba cəza verilib.

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar İntizam Komitəsinin (PFDK) açıqlamasına görə, Çankırı Futbol SK, Afyonspor və Diyarbekirspor 1-ci seçmə mərhələdə təyin olunan vaxtda meydana çıxmadıqları üçün 3:0 hesabı ilə texniki məğlub sayılıb. Bu komandalar həmçinin kubokdan kənarlaşdırılıb və növbəti mövsümdə də Türkiyə Kubokunda iştirak etməyəcək.

Komitə həmçinin Edirnesporun kubokda Somaspor ilə keçirdiyi görüşdə 3:0 hesabı ilə texniki məğlub olmasına qərar verib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Nigar Həsənzadə 

Paylaş
Şərh əlavə et