Bu gün:

İranda yerləşən Urmiya gölü tamamilə quruyub


İranın Qərbi Azərbaycan əyalətində yerləşən və dünyanın ən böyük duzlu göllərindən biri sayılan Urmiya gölünün tamamilə quruduğu bildirilib.

AA-nın xəbərinə görə, İranlı rəsmilər xəbərdarlıq edirdilər ki, əgər quraqlıq səbəbindən yaranan problemə həll tapılmasa, Urmiya gölü yazın sonuna doğru tamamilə quruyacaq.

Quraqlıq səbəbindən 2003-cü ildə su səviyyəsi azalmağa başlayan Urmiya gölü, 2013-cü ildə tamamilə quruma təhlükəsi ilə üzləşib. 

Gölü yenidən canlandırmaq, əsasən Həsən Ruhaninin rəhbərliyində olan prezidentlərin seçki vədlərindən biri olub. 

Tehran rəhbərliyi gölü əvvəlki vəziyyətinə qaytarmaq üçün 6 milyard dollarlıq büdcə ilə ölkənin ən böyük ətraf mühit layihəsini başlatmış olsa da, ölkədə davam edən quraqlıq səbəbindən arzu olunan nəticəyə çatmaq mümkün olmayıb.

Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölünün quruması, əkinçilik və heyvandarlıqla məşğul olan ətraf əhalinin həyatına da mənfi təsir göstərir.

Mənbə: evrensel.com

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et