Tam Ay tutulması zamanı meydana çıxan və xalq arasında “Qanlı Ay” kimi tanınan nadir göy hadisəsi dünyanın müxtəlif bölgələrində möhtəşəm mənzərə yaradıb.
Ay, Yer kürəsinin kölgəsinə tam daxil olaraq qırmızı və narıncı çalara bürünüb. Bu anlar Türkiyə də daxil olmaqla Avropa, Asiya, Afrika və Avstraliyanın müxtəlif bölgələrində kameralar tərəfindən qeydə alınıb və çılpaq gözlə izlənilib.
Müşahidəçilər bildirir ki, tutulma Şərqi Avropa, Asiya, Avstraliya, Şimali və Cənubi Amerika, həmçinin Sakit okean, Atlantik okean, Hind okeanı, Arktika və Antarktida bölgələrindən görünə bilib.
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
