Nepalın paytaxtı Katmanduda etiraz aksiyaları zamanı ölənlərin sayı 14-ə çatıb.

Minlərlə nəfərin iştirak etdiyi aksiyalar hökumətin sosial şəbəkələrə qoyduğu məhdudiyyətlər və korrupsiyaya etiraz olaraq keçirilib. Etirazçılar parlament binasına daxil olmağa cəhd ediblər. Polis onlara qarşı gözyaşardıcı qaz, su şırnaqları və odlu silahdan istifadə edib.
Yerli xəstəxanalara çoxlu sayda yaralı yerləşdirilib. Hakimiyyət paytaxtın bir sıra yerlərində komendant saatı tətbiq edib.
Xatırladaq ki, sentyabrın 4-dən Nepalda WhatsApp, Facebook, Instagram və digər sosial şəbəkələrin fəaliyyəti dayandırılıb. Hökumət bu qərarı platformaların qeydiyyat tələblərinə əməl etməməsi ilə izah edib.
Mənbə: Nepal News
Tərcümə etdi: Nəzakət Nəsibli
