ABŞ-nin Corciya ştatında Hyundai və LG Energy-yə məxsus avtomobil zavodunda keçirilən miqrasiya əməliyyatı zamanı 475 nəfər, o cümlədən 300 Cənubi Koreya vətəndaşı saxlanılıb.

Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının həyata keçirdiyi əməliyyat Daxili Təhlükəsizlik Nazirliyinin tarixində ən böyük reyd kimi qiymətləndirilib. Saxlanılanların bir hissəsi vizasız, digərləri isə müddəti bitmiş icazələrlə işləyib. Bəzi işçilər hətta qaçmağa cəhd göstərərək yaxınlıqdakı gölə atılıb.
Hyundai və LG Energy hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, saxlanılanların heç biri birbaşa şirkətin işçisi deyil və onlar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Şirkətlər əməliyyatdan sonra zavodun tikinti işlərini müvəqqəti dayandırıb.
Hadisə Cənubi Koreya icmasında narahatlıq yaradıb və ekspertlər bunun ABŞ–Cənubi Koreya münasibətlərinə mənfi təsir göstərə biləcəyini istisna etmirlər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
