İşğal altındakı İordan çayının qərb sahilində İsrail qırğınlarına etiraz edən Ayşenur Ezgi 6 sentyabr 2024-cü ildə İsrail əsgərləri tərəfindən öldürülüb. Ezginin ölümündən düz 1 il keçir. Xarici İşlər Nazirliyi anma mesajında “Türkiyə Ayşenurun həyatına qarşı törədilmiş bu ağır cinayətin cəzasız qalmaması üçün səylərini qətiyyətlə davam etdirəcək” ifadəsini işlədib.

7 oktyabr 2023-cü il tarixindən bu yana Qəzzada saysız-hesabsız qırğınlar törədən İsrail işğal altındakı İordan çayının qərb sahilində bu zülmə dinc etiraz edən kütləyə fərq qoymadan atəş açıb.
Həmin aksiyada Ayşenur Ezgi də iştirak edib. İsrail əsgərləri tərəfindən başından vurulan Ayşenur ağır yaralanaraq xəstəxanaya aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, Ayşenur 2024-cü il sentyabrın 6-da dünyasını dəyişib.
Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü Ayşenur Ezginin ölümü bütün dünyada geniş rezonans doğurmuş və xüsusilə Fələstin tərəfdarı təşkilatlar tərəfindən tez-tez gündəmə gətirilib.
Xarici İşlər Nazirliyi də Ezginin vəfatının ildönümü ilə bağlı açıqlama yayıb. Açıqlamada, "6 sentyabr 2024-cü ildə İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən hədəfə alınan vətəndaşımız Ayşenur Ezginin ölümünün ildönümündə rəhmət və hörmətlə anırıq" deyilir.
Xarici İşlər Nazirliyi də “Türkiyə Ayşenurun həyatına qarşı törədilmiş bu ağır cinayətin cəzasız qalmaması üçün səylərini qətiyyətlə davam etdirəcək” ifadəsini işlədib.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
