Bu gün:

Yaponiya Baş Naziri istefa edib


Yaponiya Baş Naziri Şigeru İşiba partiya daxili təzyiqlər və seçki nəticələrinin yaratdığı narazılıq səbəbindən vəzifəsindən istefa etməyə qərar verib.

İşiba ötən ilin oktyabrında inflyasiyanın qarşısını almaq və LDP-ni islah etmək məqsədi ilə hakimiyyətə gəlsə də, partiya həm Aşağı, həm də Yuxarı Palata seçkilərində çoxluğu itirdi.

Keçmiş baş nazir Yoşihide Suqa və kənd təsərrüfatı naziri Şinciro Koidzumi onun istefa etməsinin partiya birliyi üçün doğru addım olacağını bildiriblər. 

LDP yaxın günlərdə yeni lider seçkilərinin vaxtını elan edəcək.


Mənbə: The Japan Times

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et