Bu gün:

Rusiyanın dron hücumu Kiyevdə iki nəfərin həyatına son qoyub


Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın gecə dron hücumu nəticəsində azı iki nəfər həlak olub, 11 nəfər yaralanıb.

Qurbanlardan biri bir yaşlı körpə olub. Körpənin cəsədi dağıntılar altından çıxarılıb. Həmçinin gənc bir qadın da həyatını itirib.


Rusiya hücumları eyni zamanda prezident Volodimir Zelenskinin doğulduğu Krivoy Roqa da yönəlib və burada üç infrastruktur obyektinə zərbə endirilib.


Kiyev hərbi administrasiyasının rəhbəri Tımur Tkaçenko bildirib ki, “Ruslar qəsdən mülki obyektləri hədəf alır”. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.


Şəhərin qərbində və cənub-şərqində bir neçə yaşayış binası dağılıb, səhər saatlarında paytaxtda çoxsaylı partlayışlar qeydə alınıb.


Rusiya Müdafiə Nazirliyi hücumla bağlı açıqlama verməyib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et