İranın paytaxtı Tehrandakı ən böyük qəbiristanlıq olan Beheşt-e Zəhrada 1979 İslam İnqilabından sonrakı kütləvi edam qurbanlarının basdırıldığı Lot 41 adlı sahə dayanacaq meydançasına çevrilir.

Planet Labs şirkətinin peyk görüntüləri göstərir ki, avqustun əvvəlindən ərazidə asfaltlanma işləri aparılır. İran rəsmiləri də tikintini təsdiqləyiblər.
Tehran meri müavini Davud Qoudarzi bildirib ki, bu sahədə inqilabın ilk illərində dəfn olunan müxaliflər basdırılıb və uzun illər eyni vəziyyətdə qalıb. Onun sözlərinə görə, yeni dayanacaq ziyarətçilərin girişini asanlaşdıracaq.
BMT xüsusi məruzəçisi isə bu addımı “sübutların gizlədilməsi və hüquqi məsuliyyətdən yayınma cəhdi” adlandırıb.
Tədqiqatçılar Lot 41-də 5–7 min nəfərin dəfn olunduğunu güman edirlər.
Mənbə: AP
Tərcümə etdi: Nəzakət Nəsibli
