Bu gün:

ABŞ-də Müdafiə Nazirliyinin adı dəyişdirilib


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” olaraq dəyişdirən fərmanı imzalayıb.

Ağ Evdə çıxış edən Tramp bildirib ki, bu qərar ABŞ xalqının istəyi ilə verilib: “Amerikalılar Müharibə Nazirliyi istəyirdi, biz də xalqımızın tələbini yerinə yetirdik. Artıq daha aqressiv olacağıq”, – deyə o vurğulayıb.

Yeni dəyişikliklə birlikdə ABŞ Müdafiə Nazirinin rəsmi titulunun da “Müharibə Naziri” olaraq istifadə olunacağı açıqlanıb. Tramp və komandasına görə, “müdafiə” anlayışı çox passiv görünür, “müharibə” isə daha güclü və təsirli imic formalaşdırır.

Tarixi mənbələrə görə, ABŞ-də 1789–1947-ci illərdə “Müharibə Nazirliyi” mövcud olub. II Dünya Müharibəsindən sonra qurum yenidən təşkil edilərək “Müdafiə Nazirliyi” adlandırılmışdı.

Hazırkı dəyişiklik üçün Konqresin təsdiqi tələb olunur. Tramp isə bunun təmin ediləcəyinə inandığını bildirib.

Mənbə: CNN

Tərcümə: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et