Bu gün:

CHP fövqəladə qurultaya gedir


Cumhuriyyət Xalq Partiyası (CHP), İstanbul İl rəhbərliyinin məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmasından sonra 21 sentyabrda fövqəladə qurultay keçirmək qərarı verib. Partiya rəhbərliyi 900-dən çox nümayəndənin imzası ilə Çankaya Rayon Seçki Quruluna müraciət edib.

İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi daha əvvəl İl sədri Özgür Çəlik və mövcud rəhbərliyi vəzifədən kənarlaşdıraraq, onların yerinə müvəqqəti bir heyət təyin edib. Bu heyətdə Gürsəl Təkin, Zəki Şən, Həsən Babacan, Müjdat Gürbüz və Erkan Narsap yer alıb. Lakin Babacan və Gürbüz sonradan vəzifələrindən ayrıldıqlarını açıqlayıblar.

Məhkəmə qərarı ilə səlahiyyətləri dayandırılan 196 İstanbul nümayəndəsi imza verənlər arasında olmayıb. CHP rəhbərliyi isə qurultay çağırışı edən nümayəndələrin əvvəlki başqan Kemal Kılıçdaroğlu dövründə seçildiyini xatırladaraq, “iradələrinin zədələnməsi” kimi bir vəziyyətin olmadığını vurğulayıb.

Partiya rəhbərliyinə görə, fövqəladə qurultay nümayəndələrin iradəsinin tam şəkildə ifadəsi üçün mühüm addım olacaq.

Mənbə: BBC

Tərcümə: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et