Trinidad və Tobaqo hökuməti məktəblərdə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün yeni addım atıb. Təhsil və Daxili İşlər nazirliklərinin birgə qərarına əsasən, ölkənin 50 yüksək riskli orta məktəbində xüsusi təlim keçmiş silahlı polis əməkdaşları xidmətə başlayacaq.

Qərar son aylarda təhsil müəssisələrində baş verən zorakılıq və bıçaqlanma hadisələrindən sonra qəbul olunub. Rəsmilər bildiriblər ki, bu addım şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etməyə yönəlib.
Məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir qrup valideyn bu qərarı alqışlasa da, digərləri uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Mənbə: guardian.co.tt
Tərcümə etdi: İlhamə Nurəhmədova
