Bu gün:

Moskva Qərbin təhlükəsizlik zəmanətlərini rədd edib


Kreml elan edib ki, Ukraynada xarici qoşunların yerləşdirilməsi qəbuledilməzdir.


Fransa prezidenti Emmanuel Makron deyib ki, atəşkəs əldə olunacağı halda 26 Qərb müttəfiqi Ukraynaya qoşun göndərməyi öhdəsinə götürüb. ABŞ prezidenti Donald Tramp dəstəyin əsasən hava yardımı ola biləcəyini açıqlayıb. Zelenski isə ABŞ ilə Ukrayna səmasının qorunması barədə danışıb.

Makron Rusiyanı atəşkəs cəhdlərinə baxmayaraq qoşun yeritməkdə ittiham edib. Şimalda mina təmizləyən iki nəfər rus hücumu nəticəsində həlak olub.

Almaniya kansleri Fridrix Mers prioritetin əvvəlcə atəşkəsin təmin olunması, sonra isə təhlükəsizlik zəmanətlərinin verilməsi olduğunu vurğulayıb.

Putin bəyan edib ki, Rusiya ordusu bütün cəbhələrdə irəliləyib və razılaşma əldə olunmasa, Moskva “tapşırıqları hərbi yolla həll etməyə hazırdır”.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et