Çində II Dünya müharibəsinin bitməsinin 80 illiyi münasibətilə keçirilən möhtəşəm hərbi parad Pekinin artan gücünü nümayiş etdirib. Minlərlə hərbçi və ən yeni silahların təqdimatı ABŞ prezidenti Donald Trampın diqqətini cəlb edib.

Tramp əvvəlcə paraddan narahat olmadığını desə də, sonradan sosial şəbəkədə Çin, Rusiya və Şimali Koreyanın ABŞ-a qarşı birləşdiyini iddia edib.
Analitiklər hesab edirlər ki, Pekinin bu nümayişi yeni qlobal güc mərkəzinin formalaşdığını göstərib. Bundan əlavə, Xi Jinping, Vladimir Putin və Narendra Modinin sammitdə yaxınlaşması Trampın sərt tarif siyasətinin nəticələrini üzə çıxarıb.
ABŞ məhkəmələrinin isə Trampın tarif qərarlarını qanunsuz hesab etməsi ehtimalı mövcuddur. Bu isə onun yüksək riskli ticarət kursunu ciddi təhlükə ilə üz-üzə qoyub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
