Bu gün:

Almaniyada dəhşətli hadisə


Almaniyanın paytaxtı Berlində bir nəfər avtomobili ilə aralarında 7-8 yaşlı məktəblilərin də olduğu 15 nəfərlik qrupun arasına girməsi nəticəsində 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Hadisə günorta saatlarında Wedding səmtindəki See küçəsində baş verib. Şahidlərin sözlərinə görə, avtomobil 15 nəfərlik qrupun üstünə sürülüb. İlkin məlumata görə, ən azı 3 şagird yüngül, onların müəllimi isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis sürücünü hadisə yerində saxlayaraq ifadəsini alıb və onun qəsdənmi, yoxsa qəza nəticəsində belə bir hadisəyə səbəb olduğunu müəyyənləşdirmək üçün araşdırma başladıb.


Mənbə: Haber Global 

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et