Tunis Fransanın cənubundakı Marsel şəhərində bir vətəndaşının Fransa polisi tərəfindən öldürülməsi ilə bağlı Parisə etiraz notası təqdim edib.

Tunis Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada, Tunis vətəndaşı Abdelkader Dhibi-nin Marseldə polis tərəfindən öldürüldüyü bildirilib.
Prezident Kays Said-in göstərişi ilə Fransanın Tunisdəki səfirliyinin işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib. Açıqlamada qeyd olunub ki, Fransız işlər vəkilindən “Tunis bu hadisəni haqsız bir qətl kimi qiymətləndirir və Fransa hakimiyyətindən bu məsələni sürətli və qətiyyətli şəkildə araşdırmasını gözləyir” fikrini rəsmi dairələrə çatdırması tələb olunub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səmayə Səftərova
