Hindistanın Udaypur şəhərində məhkəmə, həyat yoldaşını dərisinin tünd rənginə görə diri-diri yandıraraq öldürən Kișandas adlı şəxsi edam cəzasına məhkum edib.
Hakim Rahul Çoudhary cinayəti “ən nadir hallardan biri” adlandıraraq bunun “bəşəriyyətə qarşı cinayət” olduğunu vurğulayıb. Prokuror Dineş Paliwal qərarı “tarixi” kimi qiymətləndirib və işin yuxarı məhkəmənin təsdiqinə göndərildiyini açıqlayıb. Təqsirləndirilənin 30 gün ərzində apellyasiya şikayəti vermək hüququ var. Vəkil Surendra Kumar Menariya isə müvəkkilinin günahsız olduğunu bildirərək qərarın ləğv ediləcəyini müdafiə edib.
2016-cı ildə ailə quran Lakşmi ölümündən əvvəl verdiyi ifadələrdə ərinin onu tünd dərisinə görə alçaldaraq “kali” adlandırdığını deyib. O, 2017-ci ilin iyununda ərinin bədəninə qəhvəyi rəngli maye sürtdüyünü, bu mayenin turşuya bənzər iy yaydığını bildirib. Daha sonra ərinin onu tüstü çubuğu ilə yandırdığını, yanan bədəninə əlavə maye tökərək qaçdığını açıqlayıb. Lakşmi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qərar Hindistanda dəri rəngi ilə bağlı ayrı-seçkilik məsələsini yenidən gündəmə gətirib. İnsan haqları müdafiəçiləri xəbərdarlıq edirlər ki, bu cür önyarğılar davam edərsə, oxşar faciələr baş verə bilər.
Mənbə: TRT
Tərcümə etdi: Ətirə İbayeva
