Çinin paytaxtı Pekinin mərkəzində ölkənin yeni silahlarının nümayiş olunduğu möhtəşəm hərbi parad təşkil olunub.

Çinin İkinci Dünya Müharibəsində Yaponiyaya qarşı qələbəsinin 80 illiyi münasibətilə keçirilən tədbirə Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla 26 ölkənin lideri qatılıb.
Keçid zamanı Putinin və Kimin arasında oturan Şi Tszinpin hər iki liderlə tez-tez söhbət edərkən görüntülənib. Çin lideri Şi Tszinpin çıxışında ölkəsinin “heç vaxt zorakılıqla qorxudula bilməyəcəyini” bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
