Bu gün:

Si Cinpin: Dünya sülh və müharibə arasında seçim qarşısındadır


Çin Prezidenti Si Cinpin ölkənin paytaxtında keçirilən hərbi paradda çıxışı zamanı bəşəriyyətin bu gün sülh və müharibə arasında seçim qarşısında olduğunu bildirib.

Tiananmen meydanında təşkil olunan parad İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətinin 80 illiyinə həsr edilib. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In fəxri qonaq qismində iştirak ediblər.

Si Cinpin çıxışında “Bu gün insanlıq sülh və müharibə, dialoq və qarşıdurma arasında seçim qarşısındadır. Çin xalqı hər zaman tarixin doğru tərəfində dayanacaq,” – deyə, o, vurğulayıb.

Paradda hipersəs raketləri, pilotsuz sualtı aparatları və digər müasir hərbi texnika nümayiş olunub. Tədbir 80 min sülh quşunun buraxılması ilə başa çatıb. Putin və Kim Çen In daha sonra keçirilən görüşdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Mənbə: Retuers 

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et