Bu gün:

Google parçalanmaqdan yayınıb


ABŞ federal hakimi Amit Mehta illərlə davam edən məhkəmə prosesindən sonra qərar verib ki, Google Chrome brauzerini satmayıb, amma rəqiblərlə məlumat paylaşmağa və eksklüziv müqavilələrdən imtina etməyə məcbur edilib.

İşin mərkəzində Google-un öz axtarış sistemini Android və Chrome kimi məhsullarda, həmçinin Apple cihazlarında əsas seçim etməsi dayanıb. Ədliyyə Nazirliyi Chrome-un satılmasını tələb edib, amma hakim bunun uyğun yol olmadığını bildirib. Android-in satılmasının da düzgün işləməyə mane olacağı əsas gətirilib.


Qərara görə, Google artıq Search, Chrome, Assistant və Gemini tətbiqi üçün eksklüziv müqavilələr bağlamayıb. Bu isə Apple, Samsung və digər smartfon istehsalçılarına alternativ axtarış sistemlərini və brauzerləri öncədən quraşdırmaq imkanı verib.


Alphabet-in səhmləri 8%-dən çox bahalaşıb, Google isə qərarı qələbə kimi qiymətləndirib. Lakin DuckDuckGo nəticəni kifayət qədər sərt saymayıb və istehlakçıların əziyyət çəkməyə davam etdiyini bildirib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et