CHP-nin İstanbul 38-ci Qanuni İl Qurultayının ləğvi üçün açılan iddia üzrə məhkəmə qərarını açıqlayıb. İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi İl Başçısı Özgür Çəlik və mövcud rəhbərliyi vəzifədən uzaqlaşdıraraq yerinə müvəqqəti rəhbərlik təyin edib.
Qərara əsasən, İstanbul İl Başqanlığını Gürsəl Təkin, Zeki Şən, Həsən Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət heyət idarə edəcək. Eyni zamanda, 196 nümayəndə müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb və qurultay prosesi dayandırılıb.
Ədliyyə naziri Yılmaz Tunç qərarla bağlı deyib: “Verilən ara qərar, məhkəmə prosesi zamanı yarana biləcək, aradan qaldırılması çətin olan zərərlərin qarşısını almağa yönəlmiş müvəqqəti tədbir xarakteri daşıyır və yekun bir hökm təşkil etmir".
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
