Bu gün:

Qrenlandiyada 2 milyon il əvvəl yaşamış ekosistem


Qrenlandiyada aparılan tədqiqatlar nəticəsində alimlər 2 milyon il əvvəl mövcud olmuş qədim ekosistemin izlərini tapıb. Torpaq nümunələrində aşkar edilən DNT qalıqları o dövrdə bu ərazilərdə maral, dovşan, müxtəlif quş növləri və hətta filəbənzər nəhəng heyvanların yaşadığını göstərib.

Maraqlıdır ki, həmin dövrün iqlimi bu günlə müqayisədə daha mülayim olub. Alimlər bildirir ki, bu kəşf iqlim dəyişikliklərinin canlı aləmə təsirini daha dərindən anlamağa imkan yaradır. Eyni zamanda, qədim ekosistemlərin öyrənilməsi gələcəkdə təbiətin iqlim dəyişikliyinə necə uyğunlaşa biləcəyinə dair vacib məlumatlar təqdim edə bilər.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et