Bu gün:

Dənizlərin yeni hakimi Çin olacaq?


Çinin şimal-şərqindən Sarı dənizə doğru uzanan Dalian şəhərindəki Suoyuvan Parkı həm gözəl mənzərəyə sahib, istirahət üçün gedilən bir yer, həm də ölkənin ən böyük gəmiqayırma zavodlarından birinə ev sahibliyi edir.

Lakin minlərlə kilometr uzaqda, Vaşinqtondakı Ağ Ev analitiklərinə görə, bu gəmiqayırma zavodu Çində artmaqda olan bir təhlükənin tərkib hissəsidir. Çin son 20 ildə gəmiqayırmaya böyük sərmayələr qoyub və bu investisiyanın bəhrəsini görməyə başlayıb. Bu il dünyada verilən gəmi sifarişlərinin 60 faizdən çoxu Çin tersanelərinə gedib. Çin digər bütün ölkələrdən daha çox gəmi inşa edir, çünki bunu hamıdan daha sürətli bacarır.

 Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et