Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, 24media.az xəbər verir ki, 2025-ci il sentyabrın 4-də nazir general-polkovnik Vilayət Eyvazov Naftalan Rayon Polis Şöbəsində Gəncə və ətraf rayonların sakinlərini qəbul edəcək.

Qəbula yazılmaq istəyənlər sentyabrın 3-dək yaşadıqları ərazinin polis orqanına, DİN-in mia.gov.az saytına və ya sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Arzu Qafarova
