Bu gün:

Ərdoğan və Putin Çində görüşüb


Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Çinin Tiencin şəhərində görüşüblər.

Putin görüşün mətbuata açıq hissəsində deyib: "Enerji tərəfdaşlığımız stratejidir. Rusiya fasiləsiz şəkildə Qara dəniz vasitəsilə Türkiyəyə qaz təchiz edir." Həmçinin Rusiya lideri Ərdoğana Ukrayna böhranının həllində göstərdiyi diplomatik və siyasi töhfələrə görə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə: "Sizi Türkiyəyə dəvət etmək istəyimizi bilirsiniz. Dəvətim qüvvədədir. Sizi ən qısa zamanda ölkəmizdə gözləyirik. Aramızda etimada əsaslanan səmimi münasibət var. Münasibətlərimiz situativ sınaqlardan təsirlənmədən inkişaf edir",-deyə Putinə bildirib.

Görüş Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair ümidlərin azaldığı bir dövrdə baş tutub.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et