Bu gün:

Suriyada İsrail əməliyyatı: Gərginlik niyə artır?


Suriyada Şam rəhbərliyi ilə müxtəlif siyasi qüvvələr arasında gərginlik yüksəlir. İsrailin ölkə daxilində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Türkiyə, mərkəzi hökumətə dəstəyi davam etdirəcəyini açıqlayıb.

27 avqust gecəsi İsrail qüvvələri Şam yaxınlığındakı Kisvə bölgəsindəki hərbi bazaya hücum edib. Suriya Xarici İşlər Nazirliyi hücum nəticəsində 6 əsgərin öldüyünü bildirib.

Rəsmilər əsgərlərin İsrailə aid “gizli müşahidə və dinləmə cihazları” tapdıqlarını, buna görə hədəf seçildiklərini deyib. İsrail Müdafiə Naziri əməliyyatı birbaşa təsdiqləməsə də, əsgərlərin “İsrailin təhlükəsizliyi üçün gecə-gündüz döyüş bölgələrində” xidmət etdiyini vurğulayıb. 

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) isə hücuma məruz qalan bazanın İranın dəstəklədiyi Hizbullah vasitəçiliyi ilə istifadə olunduğunu iddia edib.


Mənbə:BBC News

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et