Bu gün:

Böyük Britaniyada qaçqın ailələrlə bağlı qaydalar sərtləşdirilir


İngiltərə Daxili İşlər Nazirliyi yeni planlarını açıqlayıb: sığınacaq alan şəxslərin ailələrini ölkəyə gətirməsi üçün daha sərt şərtlər qoyulacaq. İqtisadi imkanların sübutu və dil tələbləri kimi məhdudiyyətlər nəzərdən keçirilir. Bu dəyişikliklərdən ən çox qadın və uşaqların zərər görəcəyi bildirilir.

Qaçqın Şurasının analitikləri xəbərdarlıq edirlər ki, bu şərtlər minlərlə qadın və uşağı ya ailələrindən ayrı salacaq, ya da təhlükəli yollarla Britaniyaya gəlməyə məcbur edəcək. 2025-ci ilin iyun ayına qədər verilmiş ailə birləşməsi vizalarının 92%-i qadın və uşaqlara aid olub.

Nazir Yvette Cooper bu gün Parlamentdə çıxış edərək həm bu mövzuda, həm də Fransa ilə imzalanmış “bir daxil, bir çıx” razılaşması barədə məlumat verəcək.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et