Bu gün:

Əbu Ubeydənin ölümü barədə İsrail açıqlama verib


İsrail Müdafiə Nazirliyi bildirib ki, HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydə Qəzza şəhərinə edilən hava zərbəsi nəticəsində məhv edilib. İsrailin müdafiə naziri İsrail Katz əməliyyatı “qüsursuz icra” kimi qiymətləndirib və təhlükəsizlik qurumlarını təbrik edib.

İsrail ordusu və Şin Bet-in məlumatına görə, əməliyyat əvvəlcədən toplanmış kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Onlar vurğulayıblar ki, Əbu Ubeydə uzun illər HƏMAS-ın əsas siması olub, təşkilatın təbliğatını yayıb və tərəfdarları arasında populyar fiqura çevrilib.


HƏMAS isə hələlik onun ölümünü təsdiqləməyib. Qurum açıqlama verərək bildirib ki, zərbələr nəticəsində mülki şəxslər də həyatını itirib və xeyli insan yaralanıb. Yerli mənbələrin məlumatına görə, Qəzzanın al-Rimal məhəlləsindəki yaşayış binasına endirilən zərbə nəticəsində azı yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb. Qurbanlar arasında uşaqlar da var.


Hadisə, İsrailin Qəzza şəhərinə qarşı yeni hücum planı fonunda baş verib. İsrail tərəfi bildirib ki, qarşıdakı günlərdə əməliyyatlar daha da intensivləşdiriləcək və HƏMAS-ın digər rəhbər fiqurları da hədəfə alınacaq.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et