Antalyanın mərkəzində bir əsr ərzində sivilizasiyaların izlərini qoruyan Antalya Muzeyi artıq fəaliyyətini dayandırıb. Səbəb binanın zəlzələyə davamlı olmamasıdır. Onun yerində müasir, interaktiv və rəqəmsal imkanlarla təchiz ediləcək yeni muzeyin inşası planlaşdırılır.

Muzeyin əsası 1919-cu ildə, işğal dövründə, müəllim Süleyman Fikri Ertenin təşəbbüsü ilə qoyuub. O tarixi əsərlərin talan edilməsinin qarşısını almaq üçün ilk addımı atıb və muzey sadəcə bir bina deyil, həm də dirənişin rəmzi kimi formalaşıb. Muzey 1937-ci ildə Yivli Minarə məscidinə, 1972-ci ildə isə hazırkı binasına köçürülüb. 1964-cü ildə keçirilən müsabiqəni qazanan memarlar Doğan Tekeli, Sami Sisa və Metin Hepgülerin layihəsi əsasında inşa edilən bina Türkiyədə milli müsabiqə yolu ilə tikilən ilk muzey binası olub. 1988-ci ildə Avropa Şurası tərəfindən “İlin Muzeyi” adına layiq görülərək beynəlxalq səviyyədə də Antalyanın simvollarından birinə çevrilib.
Antalya Muzeyi yalnız şəhərin deyil, bütün Aralıq dənizi hövzəsinin ən zəngin kolleksiyalarından birinə sahib olub. Burada Perge heykəlləri – Zeus, Artemis, Hermes və digər qədim ilahələr, Herakl və Dionisə aid əfsanəvi lahitlər, mozaikalar, sikkələr, ikonalar və uşaqlara xüsusi muzey bölməsi yer alırıb. Hər bir salon Anadolu tarixinin minillik hekayəsini ziyarətçilərə təqdim edib.
2020-ci ildə aparılan zəlzələ analizləri nəticəsində muzey binası riskli elan edilib və 16 iyul 2025-ci ildən etibarən qapılarını bağlayıb. Bu qərar mübahisələrə səbəb olub. Bəzi memar və alimlər binanın gücləndirilə biləcəyini və sökülməməli olduğunu bildirdilər. Mədəniyyət və Turizm Nazirliyi isə yalnız möhkəmləndirmənin kifayət etmədiyini, Antalyanın yeni muzeyçilik konsepsiyasına layiq olduğunu açıqlayıb.
Bir müddət “zəlzələ hesabatı haradadır?” sualı gündəmdə olub. Lakin sənəd iki həftə əvvəl ictimaiyyətə təqdim edildi və Nazirliyin Mətbuat Xidməti tərəfindən mediaya paylanılıb. Nazirlik həmçinin qərardan əvvəl üç görüş keçirildiyini, planların vətəndaş cəmiyyəti ilə müzakirə edildiyini və dəstək aldıqlarını bəyan edib.
Antalya Muzeyi sadəcə daş və eksponatlardan ibarət deyildi. Bu məkan uşaqların tarixlə ilk tanış olduğu, arxeoloqların qazıntılardan gətirdiyi əsərləri təqdim etdiyi, turistlərin isə Anadolu sivilizasiyalarına heyran qaldığı bir yaddaş məkanı idi. Nazirlik bildirib ki, bu tarix qorunacaq və daha da inkişaf etdiriləcək.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
