Husilər, İsrailin paytaxtı Tel Avivdə yerləşən Ben Gurion Hava Limanını ballistik raketlə hədəf aldıqlarını açıqlayıb.
Yəməndəki İran dəstəyi olan Husilər, İsrailin paytaxtı Tel Avivdəki Ben Gurion Hava Limanını hipersonik ballistik raketlə ‘uğurla’ hədəf aldıqlarını açıqlayıb.
Husilərin hərbi sözçüsü Yahya Seri açıqlamasında bildirib ki, Husi silahlı qüvvələrinə bağlı raket bölmələri, Filistin 2 hipersonik ballistik raketi ilə Tel Avivdəki Ben Gurion Hava Limanını hədəf alan ixtisaslaşdırılmış bir hərbi əməliyyat həyata keçirib.
Seri əməliyyatın məqsədinə uğurla çatdığını, milyonlarla İsraillinin sığınacaqlara daxil olmaq məcburiyyətində qaldığını və hava limanındakı uçuşların dayandırılmalı olduğunu bildirib.
Husilərin sözçüsü, Qəzzəyə qarşı hücumlar dayandırılıb blokada qaldırılana qədər İsrailə hücumların davam edəcəyini vurğulayıb.
İsrail dövlət televiziyası KAN-ın gün ərzində verdiyi xəbərdə bildirilib ki, Yəməndən atılan bir raket səbəbindən İsrailin mərkəzində geniş ərazilərdə siqnallar aktivləşdirilmiş və Ben Gurion Hava Limanında hava hərəkəti müvəqqəti dayandırılıb.
Mənbə: Haberturk.com
Tərcümə etdi: Aytac Musayeva
