Jurnalist Abdullah Miqdad belə deyir: “Bir gün çadırda yaşayıb işləyəcəyimi, su və tualet kimi ən əsas insan ehtiyaclarından belə məhrum qalacağımı heç təsəvvür etməzdim. Yayda bir istixana, qışda isə soyuducu kimidir”.
Qəzza zolağındakı jurnalistlər bölgədəki xəstəxanaların ətrafına qurulmuş parça və plastik çadırlarda həm işləyir, həm də yatırlar. İşlərini yerinə yetirə bilmək üçün jurnalistlərin elektrikə və fasiləsiz internet bağlantısına ehtiyacı var. Buna görə də telefon və avadanlıqlarını enerji ilə təmin edə bilmək üçün generatorların hələ də işlədiyi xəstəxanaların yaxınlığında qalmağa üstünlük verirlər.
İsrail xarici jurnalistlərin Qəzzaya girişinə icazə vermir. Yalnız çox nadir hallarda İsrail qüvvələrinə müşayiət etmələrinə icazə verilir. Bu səbəbdən beynəlxalq media qurumları Qəzzadakı xəbərləri almaq üçün yerli jurnalistlərə güvənirlər.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
