Bu gün:

Yayda tarakan problemi


Havanın temperaturunun yüksəlməsi ilə birlikdə yay aylarında ən çox rast gəlinən problemlərdən biri yenidən aktuallaşıb – tarakanlar. Xüsusilə kanalizasiya sistemlərinin yaxınlığında çoxalan bu zərərvericilər evlərə daxil olduqda həm sürətli yayılma, həm də ciddi gigiyena riski yaradır. 

Mütəxəssislərin fikrincə, tarakanların evlərə daxil olmasının bir neçə səbəbi var. Onlar əsasən qida axtarışına çıxır, açıqda qalan yeməklər onları cəlb edir. Eyni zamanda rütubətli mühitlər bu zərərvericilər üçün əlverişli şərait yaradır. Uzun müddət çıxarılmayan zibilin yaydığı qoxu da tarakanları evə çəkir. Təmizliyin və havalandırmanın olmaması gigiyena riskini artıraraq onların çoxalmasına şərait yaradır. Açıq qapı və pəncərələr evə asan giriş imkanı təmin edir, borular və divar çatları isə onlar üçün başqa bir yol rolunu oynayır. Şkafların altı və qaranlıq künclər də tarakanların gizlənməsi üçün ən uyğun yerlər sayılır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tarakanların yayılmasının qarşısını almaq üçün bir sıra sadə tədbirlərə əməl etmək vacibdir. Bunlara zibillərin vaxtında çıxarılması, yeməklərin açıqda saxlanmaması, evin mütəmadi havalandırılması və rütubətin azaldılması daxildir. Həmçinin boru boşluqlarının və divar çatlarının bağlanması evə giriş yollarını məhdudlaşdırır. Tarakanların yaratdığı gigiyena riski səbəbindən mütəxəssislər yay aylarında daha diqqətli olmağı tövsiyə edirlər.

Mənbə: Sözcü

Tərcümə etdi: Asiya Zeynallı
Paylaş
Şərh əlavə et