Donald Trampın Hindistana tətbiq etdiyi 50%-lik tariflər qüvvəyə minib. Bu qərar Hindistanı dünyada ən yüksək tarif ödəyən ölkələrdən birinə çevirib və ölkənin ixracına ciddi zərbə vurub.

Baş nazir Narendra Modi təsirləri azaltmaq üçün vergi güzəştləri vəd edib və xalqa “Made in India” təşəbbüsü ilə daxili istehsalı dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, Hindistan çətinliklərə qürurla cavab verməli, iqtisadiyyatını öz gücünə dayandırmalıdır.
Hökumət iki pilləli sadələşdirilmiş ƏDV sistemi üzərində işləyir. Analitiklər hesab edir ki, gəlir və dolayı vergilərin azaldılması istehlakı artıracaq və iqtisadiyyata təkan verəcək.
Bazarlar xəbəri müsbət qarşılasa da, ekspertlər bildirir ki, Trampın sərt tarifləri ABŞ ilə Hindistan arasında ticarət münasibətlərini faktiki olaraq sanksiya səviyyəsinə gətirib çıxarıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
