Suriyanın cənubundakı Quneytra əyalətində İsrail ordusunun hücumu nəticəsində bir mülki vətəndaşın həlak olduğu bildirilir. 
Suriya dövlət televiziyası Əl-Xbariyyənin məlumatına görə, İsrail işğalçı qüvvələrinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində bir mülki vətəndaş həlak olub.
Baas rejiminin devrilməsindən sonra İsrail Suriyanın bir çox əyalətlərinə hücumlar təşkil edib, eyni vaxtda Quneytra əyalətində 1974-cü ildə gərginliyin azaldılması xətti daxilində və xaricində hərbi bazalar yaradıb və patrul xidməti həyata keçirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aysel Mirzəyeva
