Suriyanın Sednaya həbsxanasının 3 keçmiş mühafizəçisi və məhbusları üz-üzə gəliblər. Suriya Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə mühafizəçilər həbsxanada işgəncələr verildiyini etiraf edərək deyiblər: “Biz məhbusları zəncirlə asırdıq, altı nəfər də növbə ilə onlara işgəncə verirdi. Qadınlara təcavüz edilir, sonra isə öldürülürdü”.
Suriya təhlükəsizlik qüvvələri üç mühafizəçini ölkəni tərk etməyə cəhd edərkən yaxalayıb. Suriya Daxili İşlər Nazirliyi verdiyi açıqlamada ölkənin təhlükəsizliyinin qorunması üçün bütün səylərin davam etdiyini və suriyalıların qanının tökülməsində iştirak edənlərin hamısının tutularaq məsuliyyətə cəlb edilməsi üçün səylərin davam etdiyini bildirib. Nazirlik keçmiş məhbusların həbsxanada məruz qaldıqları işgəncələri və itkinləri təsvir edən görüntülərini də yayıb.
Keçmiş məhbus Əhməd Xalid Muhaymid 2019-cu ildə həbs olunarkən keçmiş mühafizəçi Maher Dərviş də daxil olmaqla 12 əsgərin onunla necə üzləşdiyini və işgəncə verdiyini izah edib. Muhaymid dedi: "Bizi ağ palataya apardılar, sonra qırmızı və qara palatalara ayırdılar. Qardaşım astma xəstəliyindən əziyyət çəkirdi və orada dünyasını dəyişib".
Sednayadakı qarşıdurmalar Bəşər Əsədin devrilməsindən sonra Suriya həbsxanalarında insan haqlarının pozulmasının ən parlaq nümunələrini ortaya qoyub.
Mənbə: CNN Türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
