Bu gün:

Ukraynanın dövlət borcu iyulda 1,29 milyard dollar artıb


Ukraynanın dövlət və dövlət zəmanətli borcu iyulun sonunda 186,13 milyard dollara çatıb və ay ərzində 1,29 milyard dollar artıb. 

Bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat verib.

31 iyul 2025-ci il tarixində dövlət və dövlət zəmanətli borcun məbləği 7 773,87 milyard UAH təşkil edib. Xarici borc 5 827,95 milyard UAH (74,97%) və ya 139,54 milyard dollar, daxili borc isə 1 945,92 milyard UAH (25,03%) və ya 46,59 milyard dollar olub.

Yalnız dövlət borcu 7 477,52 milyard UAH (96,19%) və ya 179,03 milyard dollar, dövlət zəmanətli borc isə 296,35 milyard UAH (3,81%) və ya 7,1 milyard dollar təşkil edib.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ilin sonunda Ukraynanın dövlət borcu ölkənin ÜDM-nin 110%-i səviyyəsinə çata bilər.


Mənbə: Ukrinform

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et