Bu gün:

ABŞ Prezidenti Donald Trampın əlindəki tonal krem diqqət çəkib


ABŞ Prezidenti Donald Trampın əlində görünən qalın tonal krem qatı müzakirələrə səbəb olub. Ağ Ev vəziyyəti “tez-tez edilən əl sıxmalardan yaranan göyərmələr” ilə izah etsə də, sosial şəbəkələrdə səhhət problemləri ilə bağlı iddialar güclənib.

Vaşinqtonda keçirilən The People’s House sərgisində və digər tədbirlərdə çəkilən fotolarda Trampın sağ əlində açıq rəngli tonal krem izləri diqqət çəkib. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq mübahisələrə yol açıb. Ağ Ev sözçüləri həmin izləri “tez-tez edilən əl sıxmalarının yaratdığı göyərmələr” kimi şərh edib. Bildirilib ki, aspirin qəbulu və yaşla bağlı qan dövranı problemləri də bu göyərmələri artırır. Ağ Evin mətbuat katibi Karolin Leavitt isə açıqlamasında, “Prezident Tramp xalqın içindən çıxmış bir liderdir. O, gündəlik olaraq digər bütün prezidentlərdən daha çox insanla əl sıxır. Bu, onun qətiyyətinin və xalqa bağlılığının sübutudur”, – deyərək yayılan iddiaları kiçiltməyə çalışıb.

Lakin kuluar məlumatlarına görə, Trampa xroniki venoz çatışmazlıq (XVC) diaqnozu qoyulub. Bu xəstəlik yaşlı şəxslərdə damarların qanı ürəyə geri göndərməkdə çətinlik çəkməsi nəticəsində yaranır və asan göyərmə, şişkinlik kimi əlamətlərlə özünü göstərir. Mütəxəssislər, həmçinin Trampın ürək sağlamlığı üçün istifadə etdiyi aspirin müalicəsinin də bu göyərmələrin artmasına səbəb ola biləcəyini bildirirlər. 


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yagarlı

Paylaş
Şərh əlavə et