Bu gün:

Tramp Fed qubernatoru Liza Kuku vəzifədən azad edib


ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemi (Fed) İdarə Heyətinin üzvü Liza Kuku vəzifədən azad etdiyini açıqlayıb. Prezident iddia edib ki, Kuk ipoteka sənədlərində yanlış məlumat verib və bunu “əsaslı səbəb” kimi göstərib.

Liza Kuk isə Trampın onu işdən çıxarmaq səlahiyyətinin olmadığını bildirib və istefa verməyəcəyini vurğulayıb. Onun vəkili Abbe David Lowell prezidentin “qanunsuz addımına” qarşı bütün hüquqi tədbirlərin görüləcəyini açıqlayıb.


Mütəxəssislərin sözlərinə görə, bu hadisə Fed-in 111 illik tarixində görünməmiş hal olub və Ağ Ev məhkəmədə qərarı əsaslandırmalı olub. Əgər Kuk və ya Fed müqavimət göstərsə, Ağ Evlə Mərkəzi Bank arasında qarşıdurma yarana bilər. 

Hadisə fonunda ABŞ dolları Asiya bazarlarında zəifləyib. Analitiklər hesab edirlər ki, Kukun yerinə təyin olunacaq şəxs Trampın istədiyi kimi daha çox faiz endirimlərinə üstünlük verə bilib.

Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Əliyeva 

Paylaş
Şərh əlavə et