Bu gün:

Notting Hill Karnavalında iştirakçılar günəşli küçələrdə əylənirlər


Bazar günü Avropanın ən böyük küçə festivalı sayılan Notting Hill Karnavalının “uşaqlar günü” çərçivəsində qərbi Londonun küçələri rəngli geyimlər, rəqs və musiqi ilə canlanıb. Bayram ab-havası bazar ertəsi də davam edib.

Karib mədəniyyəti və tarixini əks etdirən karnaval artıq 50 ildən çoxdur keçirilir.

74 yaşlı iştirakçı Ceff Sam bildirib: “Biz buraya əylənməyə gəlmişik və bilirik ki, bu gün möhtəşəm olacaq. Burada Braziliya, Karib adaları və dünyanın müxtəlif yerlərindən gələn qrupları, onların gözəl geyimlərdə çıxışlarını görəcəksiniz".

Minlərlə insan günəşli havada karnaval marşrutuna toplaşıb. Bazar ertəsi temperatur 26°C (79F) çatıb.

Səhnədə Bajan Raw Licquer, Mahogany, Chocolate Nation, Mas Africa, Vincy Alliance və United Kreyol kimi qruplar çıxış ediblər. Onlar Trinidad və Tobaqo, Barbados, Sent-Lüsiya, Qrenada, Yamayka, Dominika və Haitinin mədəni ənənələrini təqdim ediblər.

Braziliyanın Paraiso Samba School, Batala və Dende Nation qrupları da uzun illərdir fəaliyyət göstərən Britaniya icma kollektivləri ilə birgə çıxış edərək tədbirə rəng qatıb.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et