Bu gün:

Yaponiyada yeni COVID-19 dalğası müşahidə olunur


Yaponiyanın Səhiyyə Nazirliyi avqustun 17-dək olan həftədə 22,288 yeni COVID-19 yoluxması qeydə alındığını açıqlayıb.

Bu, ardıcıl doqquzuncu həftədir ki, göstəricilər artır. Orta hesabla hər təyin olunmuş tibb müəssisəsinə 6,3 yoluxma düşür. Bir həftə əvvəl bu rəqəm 6,13 idi. 2024-cü ilin eyni dövründə göstərici 8,5-ə çatıb.

Prefekturalar üzrə ən yüksək orta yoluxma Miyazaki (14,74) və Kagoshimada (12,63) qeydə alınıb. Saitama (11,52), İbaraki (10,87) və Akita (10,71) da ön sıralarda yer alıb. Əsas şəhərlərdə göstəricilər belədir: Tokio – 3,61, Aichi – 10,25, Osaka – 3,38 və Fukuoka – 7,01.

Mütəxəssislər bildirirlər ki, COVID-19 halları əsasən yay və qış mövsümlərində artır. 2024-cü ilin iyulunda orta göstərici 14,58-ə yüksəlmiş, daha sonra azalmış, amma dekabr-yanvar aylarında yenidən artım müşahidə olunub. 

Yaponiya Səhiyyə Təhlükəsizliyi İnstitutunun məlumatına görə, iyul ayında yeni yoluxmaların 28 faizi ilin əvvəlində dünyada yayılan Nimbus ştammı ilə bağlı olub. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı nəzarətdə olan variant kimi təsnif edib, lakin daha ağır simptomlara səbəb olduğuna dair dəlil yoxdur.


Mənbə: The Asahi Shimbun

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et