Prezident Rəcəb Tayyib Ərdoğan, "Məzlumlara ümid, dostlarımıza güvən, düşmənlərimizə qorxu verən birliyimizi bundan sonra da çox güclü şəkildə qorumağa davam edəcəyik",- deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Bitlisdəki Ahlat Piknik Sahəsində keçirilən Ahlat Tədbir Sahəsi Proqramına qatılıb. Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb və bir müddət söhbət edib.
Prezident Ərdoğan sosial şəbəkədə bu sözləri paylaşıb: “Məzlumlara ümid, dostlarımıza güvən, düşmənlərimizə qorxu verən birliyimizi bundan sonra da çox güclü şəkildə qorumağa davam edəcəyik”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiman Vəliyeva
