Uşaq vaxtı demək olar ki hər kəs astronavt olmağı arzulayıb. Yer kürəsini kosmosdan izləmək bir çoxumuzun uşaqlıq arzusu olub. Lakin bu peşənin gerçəkliyi xəyal etdiyimiz qədər sadə deyil. Astronavtlar sadəcə Yerə yuxarıdan baxmaq üçün kosmosa səfər etmirlər. Onlar mühüm elmi tədqiqatlar aparmaq, naməlumu aydınlatmaq və həm Yer kürəsinin, həm də elmin gələcəyinə töhfə vermək məqsədilə çalışırlar.

Bəs astronavtlar nə qədər maaş alırlar? Bu barədə heç düşünmüsünüzmü? Əgər bu sual sizi də maraqlandırırsa, cavab bu yazımızdadır. ABŞ-ın Aeronavtika və Kosmos İdarəsinin (NASA) keçmiş astronavtı Nikol Stott astronavt maaşları ilə bağlı maraqlı açıqlama verib.
Kosmosa göndərilən astronavtlar xüsusi təlim görür və Ay eləcə də digər göy cisimlərini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparırlar. Bu peşəyə yiyələnmək üçün mühəndislik, fizika, kimya, biologiya, riyaziyyat və informasiya texnologiyaları sahələrində ən azı bakalavr səviyyəsində ali təhsilə malik olmaq tələb olunur.
Nikol Stottun sözlərinə görə, astronavtların maaşı çox da yüksək deyil. "LAD Bible" nəşrinə açıqlamasında o bildirib: “Elə də çox deyil. Bu, dövlət qulluğudur. Astronavt olmaq pul qazanmaq üçün seçilmir”.
NASA-nın açıqlamasına əsasən, təşkilatın tərkibində çalışan astronavtların illik orta maaşı 152 min 258 ABŞ dolları (təxminən 6 milyon 226 min manat) təşkil edir. Lakin bu məbləğ astronavtın təhsili və iş təcrübəsindən asılı olaraq dəyişə bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
