Bu gün:

Tramp Baltimora qoşun göndərməklə hədələyib


ABŞ prezidenti Donald Tramp Merilend ştatının Baltimor şəhərinə Milli Qvardiya qoşunları göndərməklə hədələyib. Tramp sosial şəbəkədə yazıb ki, əgər qubernator Vess Mur yardıma ehtiyac duyursa, “qoşunları” göndərəcək və cinayəti tez bir zamanda təmizləyəcək.

Mur prezidentin açıqlamalarını “tamamilə biganə və cahil” adlandırıb və əlavə edib ki, onlar küçələrdə olmamış, amma eyni stereotipləri təkrarlamağa maraqlıdırlar. Ağ Ev isə Vaşinqtonda artıq 2 000 əsgərin yerləşdirildiyini və yüzlərlə şəxsin həbs olunduğunu bildirib. Pentaqon əlavə edib ki, qoşunlar hələ hüquq-mühafizə əməliyyatlarında iştirak etməyib.


Tramp qoşunları Nyu-York və Çikaqoya da göndərə biləcəyini deyib, lakin demokrat qubernatorlar və Konqres üzvləri bu addımı “səlahiyyətdən sui-istifadə” hesab ediblər. Son sorğular göstərir ki, şəhər sakinlərinin təxminən 80%-i federal qüvvələrin yerləşdirilməsinə qarşı olub. 

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et